Ermənistan müxalifəti İrəvanın PLANLARINI AÇIQLADI

Baxılıb:52
Ermənistan müxalifəti İrəvanın PLANLARINI AÇIQLADI

Müxalif erməni deputat və “Mənim şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan ölkənin yeni konstitusiyasında bitərəf güc statusunun təsbit ediləcəyi barədə məlumat yayıb.

Siyasətçinin sözlərindən Sputnik Ermənistan sitat gətirib.

Mamicanyanın sözlərinə görə, əsas qanun ölkənin hər hansı ittifaq və ya ittifaqlara girməsini qadağan edə bilər. Bununla yanaşı, deputat ümid etdiyini bildirib ki, ölkənin hazırkı baş naziri Nikol Paşinyan onun təşəbbüskarı olduğu Konstitusiyanın dəyişdirilməsi prosesini başa çatdıra bilməyəcək.

O, Ermənistanın bloklara qoşulmaması ilə bağlı şayiələrin “havada asılı olduğunu” vurğulayıb.

Bundan əvvəl Erməni Apostol Kilsəsi baş nazir Paşinyanın ölkə konstitusiyasına dəyişiklik etmək təşəbbüsünü son dərəcə şübhəli adlandırmışdı.

Keçən həftə Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün hazırda “ağılagəlməz” olduğunu deyib .


Abunəlik