Ermənilərdən döyüş mövqelərimizə qarşı təxribat

Baxılıb:94
Ermənilərdən döyüş mövqelərimizə qarşı təxribat

AzTimes.az xəbər verir ki, hərbi nəq­liyyat vasitələrimiz iri çaplı si­lah­­lardan və snayperlərdən intensiv atəşə tutulub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.
DSX-dən verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.
Bütün hallarda düşmən təxribatlarının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir