Ekspertdən həyəcan təbili

Baxılıb:151
Ekspertdən həyəcan təbili

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında iri marketlərin koronavirusun yayılmasında böyük rol oynadığını bildirib:
“Kassaya nəzarət edən şəxsin əlində əlcək var. O alıcıdan pul alıb, sayır, qalıq pulu qaytarır və s. Bu zaman eyni əlcəkdən virus müxtəlif insanlara keçə bilər. Virusun hansı yollarla yoluxduğunu nəzərə alsaq, onda elə marketlər ən böyük yoluxma məkanıdır”.
Birlik sədri çıxış yolunu nəğd ödənişlərdən qaçmaqda görür:
“Problemi həll etmək o qədər də asan məsələ deyil. Ən real çıxış yolu budur ki, nəğd ödənişlərdən mümkün qədər imtina etmək lazımdır. Daha çox kartla ödənişlərə üstünlük verilməlidir. Yalnız bu halda vəziyyəti yüngülləşdirmək olar”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir