DYP Qaxda reyd keçirdi-FOTOLAR

Baxılıb:313
DYP Qaxda reyd keçirdi-FOTOLAR

Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində tədbir görülüb

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.  DİN-in  Mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb.Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Abunəlik