Dünyanın ən “qonaqpərvər” ölkələri – SİYAHI

Baxılıb:109
Dünyanın ən “qonaqpərvər” ölkələri – SİYAHI

Türkmənistan, Əfqanıstan və Şimali Koreya “Passport İndex” saytının tərtib etdiyi “Welcoming Countries Rank” reytinqinə görə dünyanın ən “qonaq sevməyən” ölkələri kimi tanınıb.

Reytinq vətəndaşların mehribanlığına görə deyil, pasport sahiblərinin vizasız gedə biləcəyi ölkələrin sayına əsaslanıb.

Belə ki, Türkmənistan, Əfqanıstan və Şimali Koreya bütün ölkələrin vətəndaşlarından viza tələb edir.

Qeyd olunub ki, Mərkəzi Asiya regionunun ən qonaqpərvər ölkəsi 139 ölkə vətəndaşından viza tələb etməyən Özbəkistandır. Sonrakı yerlərdə Tacikistan (87), Qırğızıstan (80) və Qazaxıstan (77) gəlir.


Abunəlik