Direktor müavinin 2 yaşlı qızı qonaq getdikləri həyətdən yoxa çıxdı – Meyiti tapıldı

Baxılıb:835
Direktor müavinin 2 yaşlı qızı qonaq getdikləri həyətdən yoxa çıxdı – Meyiti tapıldı

Dünən günorta saatlarında Erzurumun Xorasan qəsəbəsində yoxa çıxan 2 yaşlı Merve Bayrakın meyiti tapılıb.

AzTimes.az İHA-ya istinadən xəbər verir ki, azyaşlı qızın cansız bədəni bir dərə kənarında çoban tərəfindən aşkar edilib.

Kənddəki bir məktəbdə direktor müavini vəzifəsində çalışan Ebrar Bayrak qızı Merve Bayrakı götürərək toyda iştirak məqsədilə yaşadıqları ərazidən 15 kilometr məsafədə yerləşən Azap Məhəlləsinə gedib.

Günorta saatlarında qohumlarının evinin önündə oyun oynayarkən azyaşlı qız uşağının evin ətrafında olmadığını görən ana Bayrak, qoqşularının köməyi ilə qızını axtarmağa başlayıb. Axtarışın nəticə vermədiyini görən ana polisə məlumat verib.

Məhəllə sakinləri və polisin axtarışları heç bir nəticə verməyib və Mervenin axtarışı sabaha saxlanılıb. Yoxa çıxa qızın meyiti kənddən 8 kilometr uzaqda yerləşən dərə kənarında bir çoban trəfindən tapılıb. (Azmedia.az)


Abunəlik