Direktor müəllim mövzusunda qaranlıq məqamlar üzə çıxıb
AzTimes.az xəbər verir ki, bir neçə gün öncə ibtidai sinif müəllimi Şəhla Quliyeva guya direktor tərəfindən qara kitabça ilə vurulduğunu huşunu itirdiyini bildirmişdi. Lakin rəsmi araşdırma nəticəsində Şəhla müəllimin böhtan atdığı məlum olmuşdu. Belə ki, məktəbə gələn komissiyanın tərkibində olan psixoloqlar psixodiaqnostik testlər vastəsilə şagirdlərdən gerçəyi öyrənə bilmişdilər. Bütün sinif Şəhla müəllim tərəfindən öyrədildiklərini qeyd etmişdir. Şagirdlər baş vermiş hadisəni teatr tamaşası kimi oynayaraq psixoloqlara göstərmişlər. Nəticədə direktorun Şəhla müəllimi nəinki döyməsi heç toxunmadığı məlum olmuşdur.
Lakin maraqlısı budur ku, yoxlamanın nəticəsi direktorun müəlliməyə toxunmadığını desə də Şəhla müəllim son olaraq trendxəbər.az saytına açıqlamasında tez-tez başının fırlandığını bildirib.
Hadisəni nəzarətdə saxlayacağıq.