Deputatdan şəhidin anım günü ilə bağlı BAŞSAĞLIĞI-FOTOLAR

Baxılıb:932
Deputatdan şəhidin anım günü ilə bağlı BAŞSAĞLIĞI-FOTOLAR

AzTimes.az xəbər verir ki, Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şəhidimiz Azərbaycan Silahlı Qüvvəlırinin baş giziri və hərbi tibb qulluqçusu Eldar Firudin oğlu Abdullayevin bugün anım günüdür. Eldar Abdullayev 23.07.1982 ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 18.10.2020-ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuş və Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycan ordusunun baş giziri olan Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilən döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra “Vətən uğrunda medalı”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Bugün Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Abdullayev Eldar Firudin oğlunun məzarı üzrə gül dəstələri düzərək şəhidin xatirəsini yad edib.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir, qürur və ehtiram hissi ilə yad etdiyini bildirir.
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.


Abunəlik