Daş karxanasında 41 yaşlı kişi XƏSARƏT ALDI

Baxılıb:96
Daş karxanasında 41 yaşlı kişi XƏSARƏT ALDI

Bakıda daş karxanasında 41 yaşlı kişi xəsarət alıb.

Hadisə aprelin 10-u saat 21:00 radələrində paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Behdudov Qadir Zahid oğlu bədən xəsarəti alıb. O, müalicə olunması üçün 1 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.


Abunəlik