Daha bir şəxs saxlanıldı-Görün kim

Baxılıb:279
Daha bir şəxs saxlanıldı-Görün kim


Şirvanda daha bir mətbuat işçisi həbs olunub.
AzTimes.az xəbər verir ki, bu hal Şirvanda son həftədə 2-ci belə hadisədir. Qeyd edək ki, Mirsahib Rahiloğlu “Doğru TV” internet televiziyasının əməkdaşıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov AzTimes.az-a rəsmi açıqlama verib:
“Dünən Şirvan şəhər sakini Səmədov Mirsahib Rahil oğlu xüsusi rejimli karantin vəziyyətinin tələblərini pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində toplanan materiallar əsasında məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsini pozduğu üçün 20 sutka həbs olunub. Onu da qeyd edim ki, saxlanılan zaman özünü jurnalist kimi təqdim edib və fəaliyyət göstərən redaksiyalardan birinin əməkdaşı olduğunu bildirib. Əməkdaşlarımıza heç bir jurnalist olmasını təqdim edən vəsiqə, sənəd təqdim etməyib. Polis əməkdaşları adı keçən redaksiya ilə əlaqə saxlayıb, redaksiya məlumatı təkzib edib.”
Xatırladaq ki, aprelin 12-də “Kanal 24” internet televiziyasının əməkdaşı İbrahim Vəzirov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 25 gün müddətində inzibati həbs edilib./baxar


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir