Daha bir azyaşlı xilas edildi- DİN-dən AÇIQLAMA

Baxılıb:360
Daha bir azyaşlı xilas edildi- DİN-dən AÇIQLAMA

AzTimes.az xəbər verir ki, saytın qaynar xəttinə Masallı rayonu Mollaoba kənd tam orta məktəbinin 9 b sinif şagirdinin nişanlanması ilə bağlı məlumat daxil olub.  Jurnalist Pərvin Abışova şəxsi Facebook hesabında məlumat yaydıqdan dərhal sonra qurumlar hərəkətə keçib.  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,  Masallı RPŞ əməkdaşları dərhal ailə ilə əlaqə saxlayıb. Ana şobəyə dəvət olunub. Söhbət əsnasında azyaşlının anası bildirib ki, iki ailə arasında sadəcə razılıq əldə.edilib, heç bir mərasim keçirilməyib.  S.N.(ad şərtidir) məktəbə davam edir. Ana ilə profilaktik söhbət aparılib,qanunlar izah olunub. Qız övladlarının təhsilinin əsas olması, erkən nigahın fəsadları barədə məlumat verilib


Abunəlik