Cari ilin 8 ayında ölkədən 1,8 milyard dollarlıq təbii qaz göndərilib
SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 9 ayda ölkədən 8 milyard 689,5 milyon kubmetr təbii qaz ixrac olunub. Yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 815 milyon 3,2 min ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
AzTimes.az