Bu şəbəkələrdə yeni emodzilər peyda olacaq

Baxılıb:147
Bu şəbəkələrdə yeni emodzilər peyda olacaq

Pandemiya zamanı simpatiya və qayğını ifadə edən işarələr gələn həftədən “Facebook” və “Messenger” istifadəçilərinin ixtiyarına veriləcək.
Bu barədə Amerikanın “The Verge” portalı yazır.
Nəşr bildirir ki, işarələrdən biri qırmızı rəngdə ürəyi özünə sıxan sarı emodzi, digəri isə döyünən açıq-bənövşəyi rəngli ürəkdir.
“Biz ümid edirik ki, bu yolla insanlar koronavirusun səbəb olduğu krizis zamanı öz dəstəyini ifadə edə biləcəklər”, – deyə portal “Facebook” təmsilçisinin bəyanatını paylaşıb.
“The Verge” qeyd edir ki, beləliklə, emodzi xətti 2015-ci ildən bəri ilk dəfə olaraq genişləndiriləcək.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir