Bu qanun qəbul olunarsa, nə azad media, nə də insan haqlarını qoruyan təşkilatlar olacaq – SİYASİ FƏAL

Baxılıb:97
Bu qanun qəbul olunarsa, nə azad media, nə də insan haqlarını qoruyan təşkilatlar olacaq – SİYASİ FƏAL

Bugün axşam saatlarında Gürcüstan parlamentinin qarşısında növbəti mitinq olacaq.Bu barədə Gununsesi.info-ya bu ölkədə yaşayan siyasi fəal Samirə Bayramova deyib.Onun sözlərinə görə, Gürcüstdanda şərti olaraq “Rus qanunu” adlandırılan “Xarici agent qanunu” cəmiyyətdə böyük narazılığa səbəb olub.“Bir il əvvəl də hökumət bu qanunu parlamentə gətirmişdi. Amma xalqın etirazından sonra geri çəkildilər. İndi yenə də həmin qanunu qəbul etmək istəyirlər. Bir il əvvələ qayıtmışıq. Baxmayarq ki, ildən-ilə demokratiyanın vəziyyəti dəyişməlidir. Müsbətə doğru getməli olduğumuz halda geriyə gedirik. Bu qanun 2012-ci ildə Rusiyanın özündə qəbul olunub. İndi bu ölkədə nə azad media, nə də azad cəmiyyət var. Bu qanunun məqsədi demokratiyaya üz çevirməkdir. Bu qanun qəbul olunandan sonra insan haqlarını qoruyan qurumlar da olmayacaq. Ona görə də Gürcüstan vətəndaşları bu qanuna qarşı çıxmalıdır və meydana toplanmalıdır”.


Abunəlik