Bu qadını İnterpol axtarır -FOTO

Baxılıb:355
Bu qadını İnterpol axtarır -FOTO

AzTimes.az xəbər verir ki, Rusiya terror təşkilatının fəaliyyətində iştirak edən Azərbaycan əsilli qadını İnterpol xətti ilə axtarır.Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş qadını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, 1969-cu ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.


Abunəlik