Bu gün qrup mərhələsinə yekun vurulacaq

Baxılıb:246
Bu gün qrup mərhələsinə yekun vurulacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. 
G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun – Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.
H qrupunda isə millisi minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.
DÇ-2022
Qrup mərhələsi, III tur
2 dekabr
H qrupu
19:00. Qana – Uruqvay
19:00. Cənubi Koreya – Portuqaliya
Xal durumu: Portuqaliya – 6, Qana – 3, Cənubi Koreya – 1, Uruqvay – 1.
G qrupu
23:00. Kamerun – Braziliya
23:00. Serbiya – İsveçrə
Xal durumu: Braziliya – 6, İsveçrə – 3, Kamerun – 1, Serbiya – 1.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.


Abunəlik