Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Baxılıb:110
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Xəbər verdiyimiz kimi, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu səbəbdən də həmin istiqamətdə 11 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək.
“Azneft dairəsi istiqamətində 5, 6, 10, 18, 53, 65, 88, 125, 127, 205 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək”, – rəsmi məlumatda qeyd olunub.


Abunəlik