BŞBPİ-dən feministlərə cavab

Baxılıb:81
BŞBPİ-dən feministlərə cavab

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Feminist Hərəkatının “8 Marş – Bizimdir Hürr Küçələr” şüarı ilə yürüş keçirməklə bağlı müraciətinə cavab verib.
AzTimes-in bakusporta istinadən məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq deyil.
Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə 8 mart 2020-ci il tarixdə, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.
Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı 8 mart 15:00-da Nizami küçəsindən “Kolorit” kafesinin qarşısına qədər yürüş keçirmək üçün martın 2-də BŞİH-nə müraciət edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir