Binaların zəlzələyə davam gətirməsi üçün YENİLİK tətbiq ediləcək

Baxılıb:184
Binaların zəlzələyə davam gətirməsi üçün YENİLİK tətbiq ediləcək

Betonun kefiyyətli olub-olmadığını yoxlamaq üçün Elektron Beton Monitorinq Sistemi yaradılacaq.

Bu məqsədlə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Bu sistem Türkiyədə zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri əvvəlcədən aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb.

“Bu sistem ölkəmizdə tətbiq edilərsə, effektli olacaqmı?”

İnşaat sahəsi üzrə ekspert Elnur Azadov deyir ki, Azərbaycanda bəzi zavodlar sovet dövründən qalıb. Bu amil istehsal edilən betonun keyfiyyətində özünü göstərə bilər.

Elektron Beton Monitorinq Sistemi vasitəsilə nümunələrin hansı konsturuksiyadan, hansı betonqarışdıran maşından götürüldüyü yoxlanır. Nümunələr müvafiq standartda göstərilən müddətdə tikinti sahəsində və qurutma hovuzunda saxlanır, heç bir müdaxilə olmadan onlayn rejimdə nazirlik sisteminə ötürülməsi təmin edilir.

Türkiyədə bu sistem 2018-ci ildən tətbiq olunur. Bu il avqustun 14-nə qədər ölkə daxilində 381 min 376 binadan çip beton nümunəsi götürülüb.


Abunəlik