Biləsuvardakı dəhşətli qəzada ölənlərin sayı artdı

Baxılıb:175
Biləsuvardakı  dəhşətli qəzada ölənlərin sayı artdı

Biləsuvar rayonunda dünən axşam saatlarında baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

“Aztimes”in  verdiyi xəbərə görə, hadisə yanvarın 27-si saat 23:00 radələrində Ələt-Astar magistral avtomobil yolun Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər, Binəqədi rayon sakini Dəmirov Vəli Baxış oğlu idarə etdiyi “Mersedes Vita” markalı atomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər Abşeron rayon Hökuməli kənd sakini Əliyeva Elmira Ağasəf qızı, Binəqədi rayon sakini Dəmirova Pürzəxanım Eynulla qızı və Həşimova Elnarə Hüseynağa qızı vəfat ediblər.

Verilən məlumata görə həmin  şəxslər İrandan Bakıya gəlirmişlər.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir