Biləsuvarda yanan evin içindən “Kalaşnikov” çıxdı

Baxılıb:86
Biləsuvarda yanan evin içindən “Kalaşnikov” çıxdı

Biləsuvar rayonunda yanğın qeydə alınıb. Yanğın baş verən evdən avtomat tapılıb.

Bu gün səhər saatlarında Eldəniz Mehdiyevə məxsus evdə yanğın başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, xəsarət alan və ya yaralanan olmasa da, ev yararsız hala düşüb.

Hadisə baş verən evdə yanğınsöndürənlər tərəfindən “Kalaşnikov” markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Abunəlik