“Bayraqdar” rekord vurdu, tarixə düşdü
Türkiyə istehsalı “Bayraqdar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoyub.
Aztimes.az xəbər verir ki, bu barədə “Bayraqdar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Tvitter hesabında paylaşım edib.
Səlcuq Bayraqdarın paylaşımında pilotsuz uçuş aparatının bu günə qədər istifadə olunduğu əməliyyatlardan, o cümlədən Vətən müharibəsində qeydə alınan görüntülərdən istifadə olunub.
Qeyd edək ki, Türkiyə istehsalı “Bayraqdar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoymaqla qardaş ölkənin havada ən uzun müddət xidmət aparan milli texnikası olub və bu baxımdan aviasiya tarixində rekorda imza atıb./Axar.