Bayraktar TARİXİ AÇIQLADI: bu ölkədə PUA-ların istehsalı başlayır

Baxılıb:61
Bayraktar TARİXİ AÇIQLADI: bu ölkədə PUA-ların istehsalı başlayır

Türkiyənin “Baykar” pilotsuz uçuş aparatları istehsalı şirkəti Kiyev yaxınlığında zavodun tikintisini bir il ərzində başa çatdırmaq niyyətindədir.

Bu barədə “Reuters” şirkətin baş direktoru Haluk Bayraktara istinadla məlumat yayıb.

Ər-Riyadda keçirilən Ümumdünya Müdafiə Sərgisi çərçivəsində Bayraktar şirkətin təxminən 500 nəfəri işlə təmin edəcəyini bildirib.

Onun sözlərinə görə, təxminən bir ildən sonra şirkət daxili texnologiyaya, avadanlıqlara və zavodun təşkilati strukturuna keçəcək.

“Ukraynada zavod böyükdür” , – o vurğulayıb.

Bayraktar daha əvvəl bildirmişdi ki, şirkət Ukrayna ərazisində zavodun tikintisini 1,5 ilə başa çatdırmaq niyyətindədir.


Abunəlik