Bakıda yataqxanada yanğın oldu

Baxılıb:122
Bakıda yataqxanada yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Abunəlik