Bakıda tikinti şirkəti “protokoldan çıxarış” üçün pul tələb edir

Baxılıb:281
Bakıda tikinti şirkəti “protokoldan çıxarış” üçün pul tələb edir

 

Bakıda mənzillərinə “protokoldan çıxarış” ala bilməyən sakinlər tikinti şirkətinin təzyiqləri ilə üzləşib.

Bu barədə “Report”a Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ”Olimp” MTK-nın inşa etdiyi yaşayış binasının sakinləri məlumat veriblər.

Həmin binada yaşayan 200-dən çox ailə mənzillərinə çıxarış ala bilməməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, “Olimp” MTK tikinti şirkəti mənzillər üçün ”protokoldan çıxarış”ı yalnız müəyyən pul qarşılığında təqdim edir.

“Şirkət bizə üç sənəd verməlidir. Daha doğrusu şirkət bu sənədləri bizə verməyə borcludur. Biz də həmin sənədləri mənzilimizə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməliyik. Tikinti şirkəti isə o sənədləri yalnız pul qarşılığında vermək istəyir və bunun müqabilində bizdən qeyri-qanuni olaraq özlərinin təyin etdikləri məbləği tələb edirlər. Halbuki, biz mənzili alanda evin pulunu onlara ödəmişik. Biz MTK-nın sədrləri Lətif Kərimov  İsmayıl İsmayılovla görüşürük və sözümüzü onlara deyirik. Onlar isə bizə sənədləri verməkdən yayınırlar”, – sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, “protokoldan çıxarış” sənədini MTK verməli olduğu halda şirkət rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu sənədi verməkdən imtina edir: “Şirkət evin kvadratını 30 qəpikdən hesablayaraq özündən bir məbləğ çıxarır. Şəxsən mənim mənzilimə “protokoldan çıxarış” verilməsi üçün 6000 manat pul istəyirlər. Bunlar hamısı qanunsuzdur. Pulunu verib sənədlərini alan da var”, – sakinlərdən biri qeyd edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir