Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirildi-FOTO

Baxılıb:139
Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirildi-FOTO

AzTimes.az xəbər verir ki,sentyabr 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan etməsi ilə bağlı sərəncamına uyğun olaraq “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Ziyalılar Cəmiyyəstinin sədri Qardaş Fətullayev vəgənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Azərbaycan mədəniyyətinə, dilimizə, ədəbiyyatımıza və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin baiz nümunəsidir. Dövlət başçısının təşəbbüsü ilə Nəsiminin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2018-ci ilin sentyabr ayınd Ölkəmizdə ilk dəfə Nəsimi şeri, incəsənət və mənəviyyat festifalı keçirilib.

İlahiyyatçı Rəşid Talıbov qeyd etdi ki, islam urfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyası fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizm, tolerantlıq və multikultural mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Rəşid Talıbov daha şairin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. İmadəddin Nəsimiolmasaydı, hürufilik bu qədər əhatəli olmazdı. O, şerlərində dəfələrlə vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov qeyd etdi ki, böyük mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi söz ustadıdır. Dahi şairimizin ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi əhəmiyyət kəsb edir. Daha sonra A.Səmədov qeyd edib ki, çox mürəkkəb və ziddiyyətli ömür yolu keçmiş Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur.

Masallı rayon Zıyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı Rayon Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova, gənclərdən Cavid Nuri və başqaları çıxışlarında böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan Ədəbiyyatı tarixində insan əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyini bildiriblər.

AzTimes.az

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir