Bakıda qadın gecə klubunda bıçaqlandı

Baxılıb:143
Bakıda qadın gecə klubunda bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.
Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.//APA


Abunəlik