Bakıda polisin xidməti maşını ALIŞDI

Baxılıb:106
Bakıda polisin xidməti maşını ALIŞDI

Polisin xidməti avtomobilində alışma baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, paytaxtın Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə alışma matorxanada qısaqapanmadan baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Araşdırma aparılır.


Abunəlik