Bakı və Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Baxılıb:103
Bakı və Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Bu gün Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan ortatəzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan ortatəzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı avqustun 29-da saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Abunəlik