Bakı-Quba yolunda ağır qəza – DYP məlumat YAYDI

Baxılıb:175
Bakı-Quba yolunda ağır qəza – DYP məlumat YAYDI

Baş idarənin şöbə rəisi Rövşən Tağıyev Aztimes.az- ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib:

“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”


Abunəlik