Bakı məktəbində polis şagirdlərdən telefonları yığıb? – AÇIQLAMA

Baxılıb:133
Bakı məktəbində polis şagirdlərdən telefonları yığıb? – AÇIQLAMA

Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 218 saylı məktəbdə polis təhsil ocağına daxil olaraq uşaqlardan telefonları yığıb.

Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, polis uşaqlardan telefonları yığdıqdan sonra onları polis şöbəsinə aparıb.

Aztimes.az  xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbdə telefonların polis tərəfindən yığılması ilə bağlı səslənən iddialar əsassızdır:

“Məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bəzi yuxarı sinif şagirdləri təhsil müəssisəsinə mobil telefon gətirir, nizam-intizamsız hərəkət edirlər. Polis şöbəsinin əməkdaşları məktəblərə yollanıb, həmin şagirdlərlə profilaktik söhbətlər aparıb. Heç bir telefon polis tərəfindən yığılmayıb”.


Abunəlik