Bakı kəndlərində sarılıq yayılıb? Araşdırmaya başlandı !

Baxılıb:78
Bakı kəndlərində sarılıq yayılıb? Araşdırmaya başlandı !

Bakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı məlumat məlumat yayılıb.

Deyilənə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var. Sakinlərin sözlərinə görə, yoluxanların çoxu 2 saylı Uşaq Klinik Xəstəxanasındadırlar.

Xəstəxanadan bildirilib ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var.

Xəstəxandan yoluxanların çoxunun “qaraçılar” kimi tanınan köçəri tayfa nümayəndələri olduğu da bildirilib.

Sakinlərin sözlərinə görə, xəstəliyin Bakıətrafı kəndlərə verilən içməli sudan yayılma ehtimalı var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, məsələ ilə bağlı araşdırmalar aparılıb. Məktəblərdə və yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Suraxanı rayon icra hakimiyyətinə də, yerli bələdiyyə orqanlarına da müvafiq tapşırıqlar verib.

Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov: “Ərazidə yaşayan insanlara xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üşün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb”.

©️ Sputnik Azərbaycan


Abunəlik