AzTV rəhbərliyindən narazılıq getdikcə artır

Baxılıb:1389
AzTV rəhbərliyindən narazılıq getdikcə artır


Azərbaycan televiziyası və radiosunun son illərdəki “fəaliyyəti” göz qabağındadır. Televiziyanın hazırki sədri qurumu sözün əsil mənasında SÖMÜRÜB! Korrupsiyayla bağlı yazılar yetərincədir. Əlimizdəki dəlillər internet şəbəkələrində geniş yayılıb. Bu günkü yazını özünü sədr hesab edən Rövşən Məmmədovun və ətrafındakı “kukla”larının tərbiyə və mənəviyyat məsələsinə həsr edirəm. Sözü çox uzatmadan keçək mövzumuza. AzTV kimi dövlət üçün əhəmiyyət daşıyan bir qurum rəhbərinin işçiləriylə rəftarına. R.Məmmədovun və ətrafına topladığı kadrların şər və böhtanlarından, yalancı şahidlərindən, telefona yazılan səslərdən və sair iyrənciliklərdən danışacam. Tutduğu vəzifəsi hesabına özünü AĞA hesab edən, həyatında görmədiyi evlərdə, maşınlarda, bağlarda televiziya və radioda həqiqətən zəhməti ilə çalışanların hesabına və haqqlarına girərək əldə etdiklərini unudaraq, qəbuluna gələnlərin və ya qəbuluna çağırdığı insalarla rəftarından söz açacam. Bir zamanlar orada çalışdığını, çoxları kimi bankada yemək gətirən günləri, maaş gününü səbirsizliklə gözlədiyini çox tez unudub! Bankada yemək gətirmək ayıb deyil, sadəcə o günləri belə tez unudub AZĞINLAŞMAQ ayıb yox, görməmişlikdir!
İndi isə efirdə baş verən hər uğursuzluqdan sonra işçiləri “TƏXRİBATÇI” adlandıraraq təhqir edən Rövşən Ağayla daha yaxından tanış olaq.
Hələ icraçı olduğu zamanlarda iclasların birində belə bir söz işlətmişdi: “Yaşamaq, yaratmaq üçün mən başa düşürəm ki, yemək lazımdır! Yemək üçün isə pul lazımdır.” Bu sözləri çoxlarına məlhəm olmuşdu. Maaşların artacağını, gözəl günlərin gələcəyini və həyatın hamı üçün yüngülləşəcəyini söz vermişdi. Amma unutmaq lazım deyil, kişinin ağzından söz çıxdısa, yerinə yetirməlidir! Və təkcə ətrafına bu gün topladığı “kukla tayfası”ndan savayı eyni zamanda illərini buraya vermiş insanlara qarşıda məsuliyyətini dərk etməlidir.
Heç bir rəhbərin həddi deyil ki, efirdə özünün komandasından olan “kuklalar”ın səhvlərivini başqalarına ödətdirsin. Evinin, uşağının dərdində olan bir kişiyə “sən eşşəksən” desin. Özünü ali təhsilli, pedaqoq hesab edən Rövşən Ağa “çox gözəl” danışıq qabiliyyətinə malikdir, amma heyf ki, efirdə o, əsil danışığını olduğu kimi nümayiş etdirmir.
Rövşən Ağanın kuklalarının sayı çox olduğundan yazımızı hissə-hissə Sizlərə təqdim edəcəm. Əvvəlcə ağanın sağ əli hesab olunan, ailəvi dostu İlhamə Hüseynovadan danışaq. Kadrlar departamenti kimi mühüm bir quruma rəhbərlik edən, AzTV-nin və radionun bütün əməkdaşlarını boğaza yığan bu qadın böhtanla, şərlə insanları bezdirib işdən çıxma ərizəsi yazdıran məxluqdur. AzTV-nin həyətində maşın saxlanılması işindən tutmuş bütün məsələləri İlhamə Ağa yerinə yetirir. Maraqlısı budur ki, rəhbər işçilərdən başqa kənar işçilərin saxlamağına icazə olmadığı təqdirdə necəsə BƏZİ işçilərə HANSISA məharətlərinə görə İ.Hüseynova tərəfindən icazə verilir. Müavini Zemfira Əliyevayla bərabər bəzi iyrənc xidmətlər müqabilində (səs yazmaq, lazım olanda üzə durmaq) öz “peşka”larına əlavələr, görmədikləri işlərə görə qonorarlar yazdırırlar. Qonorar görülən yaradıcı işin müqabilində yazılar daha ev yıxmağın müqabilində deyil.
Əsas məsələ isə televiziyadakı rejimdən tənqə gəlmiş sözünü deyən işçi anında ya tərbiyəsiz, əxlaqsız, işi bilməyən, savadsız adı altında şərlənir, məcburi ərizə yazdırılır. Operativ şəkildə torbaya salınır və paketlənib göndərilir. Sağollaşmağa belə insafsızlar imkan vermir, qapıya adı, əmək kitabçası, maaş qalığı, şəxsi əşyaları toplamağa belə imkan verilmir. Olduqca peşəkarcasına işlərini yerinə yetirən Rövşən Ağa, İlhamə Ağa və Ağa olmağa cəhd edən Zemfira Əliyevanın sərgüzəştləri bununla bitmir, davamı var…
Dövlət televiziyasının bel sütunu hesab olunan “Proqram direktorluğu” isə ayrı bir aləmdir. Bu aləmə Rövşən Ağanın və İlhamə Ağanın katibi İlham Alışanov rəhbərlik edir. Katiblik və kadrlar idarəsi olduğu təqdirdə katibə işlərinə İ.Alışanov kuratorluq edir desəm yerinə düşər. Rəhbərlik edir yazsam belə işçilərə illərdi nə gün ağlayır, nə də problemlərilə maraqlanır. Bir rəhbərin işçisi “eşşək”, “tərbiyəsiz” və digər sözlərlə təhqir olunursa, işdən azad edilməyə cəhd edilirsə, hansı idarəetmədən söhbət etmək olar?
İlham Alışanovun əsas peşəsi Rövşən Ağanın şərlədiyi insanların müraciətlərinə öz tərzində və Ağaya xoş olacaq şəkildə məktublar tərtib etməkdir. Çünki kadrlar idarəsinin “xanım ağaları” bunu bacarmır!

Ardı var…

Səlcuq Rəsul


Abunəlik