Azəriqaz “işçiləri” dəhşət saçır-SOS

Baxılıb:200
Azəriqaz “işçiləri” dəhşət saçır-SOS

Bakı şəhərində yeni dələduzlar peyda olub. AzTimes.az xəbər verir ki,  dələduzlar binalara və evlərə daxil olaraq saxta vəsiqə təqdim edir,  “Azəriqaz” əməkdaşı olduqlarını deyərək  sayğacları yoxlayırlar. Daha sonra sayğacda və ya kartda problem olduğunu, pul müqabilində avadanlıq alınıb dəyişdiriləcəyi ilə aldadaraq abonentlərdən pul mənimsəyirlər. Belə hadisələrdən biri bir neçə gün əvvəl  Nəsimi rayon, 4-cü mikrarayonda baş verib. Bir neçə şəxs qoca qadının evdə tək olduğundan əmin olduqdan sonra bu yolla evə daxil olmuş qadına hədə gələrək pul və qızıl tələb etmişlər. 

Oxşar hadisə 27 fevral 2019-cu il axşam saatlarında  Nəsimi rayon 20 yanvar küçəsi ev 52/1 -də baş vermişdir. Binaya daxil olan və üzərində Elçin Əsgərova məxsus vəsiqə daşıyan şəxs qapıları döyərək qaz sayğaclarını yoxlamaq məqsədi ilə kartları almış, kartı dəyişəcəm deyib abonentdən 10 AZN məbləğində pul alaraq aradan çıxmışdır.O, vətəndaşı özünə inandırmaq məqsədi ilə  mobil nömrə təqdim etmiş, nömrənin “Azəriqaz”-ın səlahiyyətli nümayəndəsi Şahin müəllimə məxsus olduğunu bildirmişdir. Baş vermiş proses telefon və binanın daxilində olan təhlükəsizlik kameralarına qeyd olunmuşdur. Sonra nömrə ilə əlaqə saxlayan abonent nömrənin Göygöl rayon sakininə  məxsus olduğunu və aldadıldığını anlamışdır.

AzTimes.az saytı olaraq “Azəriqaz ASC” -nin 104 xidməti və daxili nömrələri ilə əlaqə saxlamağa çalışsaq da zəngimiz cavabsız qaldı.

Hər iki faktla bağlı Nəsimi Rayon 19-cu polis bölməsində araşdırma aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir