Azərbaycanda sahələr üzrə orta aylıq maaşlar-SİYAHI

Baxılıb:345
Azərbaycanda sahələr üzrə orta aylıq maaşlar-SİYAHI


DSK və novator. az Azərbaycanda sahələr üzrə orta aylıq maaşların  siyahısını tərtib edib. Siyahıya əsasən ən yüksək maaş 3649 manat təşkil edir.
Azərbaycanda minimum əməkhaqqı isə  250 manatdır. AzTimes.az siyahını sizə təqdim edir.

Siyahıda birinci sırada Mədən sənayesi  durur. Bu sahə üzrə maaş 3649 manatdır.
Maliyyə və sığorta fəaliyyəti  üzrə çalışanları da şanslı hesab etmək olar. Belə ki bu sahə üzrə 1935 manat maaş ödənilir.
Üçüncü yerdə peşə fəaliyyəti, elmi və texniki fəaliyyət dayanır ki, bu sahədə çalışanlar 1242 manat məvacib alırlar.
İnformasiya və rabitə sahəsində çalışanların maaşı 1068 manatdır.
Dövlət idarəetməsi və müdafiə, sosial təminat  925 manat,
nəqliyyat və anbar təsərrüfatı isə  895 manat təşkil edir.
Tikinti sahəsi ən çox əmək sərf edilən sahələrdən olmasına baxmayaraq burada məvacibin məbləği 831 manatdan çox deyil. Olsa belə nadir hallarda.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində çalışanlar 691 manat maaş alır.
Emal sənayesi  666 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar  656 manat təşkil edir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 564 manat məvacib ödənilir.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində maaş 560 manatdır.
Ticarət , nəqliyyat vasitələrinin təmiri  548 manat,
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət  518 manatdır.
Təhsil sahəsində çalışanlar zehni əmək sərf etmələrinə baxmayaraq cəmi 516 manat maaş alırlar.
Əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi sahəsində də durum ürəkaçan deyil.Cəmi 479 manat. Sonra da deyirik ki, həkimlər rüşvət alır.
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 461 manat qarşılığındadır.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlar 416 manat məvacib alırlar.

Pərvin ABIŞOVA /AzTimes.az/


Abunəlik