Azərbaycanda 16 yaşlı qız ərə verildi

Baxılıb:177
Azərbaycanda 16 yaşlı qız ərə verildi

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.
Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Abunəlik