Azərbaycan XİN : “Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”

Baxılıb:72
Azərbaycan XİN : “Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub”, – paylaşımda deyilir.


Abunəlik