Arıqladıqdan sonra kökəlməmək üçün bəzi məsləhətlər

Baxılıb:247
Arıqladıqdan sonra kökəlməmək üçün bəzi məsləhətlər

Amerikalı diyetoloq Liza Yanq arıqladıqdan sonra kökəlməmək üçün bəzi məsləhətlər verib.

Mütəxəssis qeyd edib ki, o, sərt pəhrizlər, müxtəlif “zərərli” qida növlərindən imtina, xüsusi qarışıqlar və pəhriz əlavələri ilə qidalanma, yalnız müəyyən vaxtlarda yemək kimi üsulların tərəfdarı deyil. Bu üsullardan bəziləri tez arıqlamağa kömək etsə də, uzunmüddətli perspektivdə təsirli olma ehtimalı azdır.

Yanqın fikricə, riayət edilməli ən yaxşı pəhriz davamlı sağlam qidalanma vərdişini formalaşdırmaqdır.

Dietoloq qeyd edib ki, bütün arıqlayanlar üçün uyğun olacaq vahid yanaşma yoxdur. Lakin ilk növbədə, “zərərli” deyil, ən çox sevdiyiniz yeməkdən tamamilə imtina etmək lazımdır.

Bundan əlavə, o, qidalandırıcı məhsulları seçməyi, kalori qəbulunu məhdudlaşdırmamağı, qırmızı əti vegetarian yeməklərlə əvəz etməyi tövsiyə edib.

Mənbə: lenta.ru


Abunəlik