Alim arıqlamaq istəyənlərə ipucu verdi – Hər şeydən dadın…

Baxılıb:51
Alim arıqlamaq istəyənlərə ipucu verdi – Hər şeydən dadın…

Kembric Universitetinin genetik və piylənmə üzrə tədqiqatçısı Cayls Yeo köklüyə meylli olan insanlara çəkinin nəzarətdə saxlanılmasına dair mühüm tövsiyələr verib.

Genetikin sözlərini CNN sitat gətirib. Yeo bildirib ki, piylənmənin əsl səbəbi aclıq və toxluq hisslərini beynin düzgün tanıya bilməməsidir. Onun sözlərinə görə, belə pozğunluqlar çox vaxt genetikadan qaynaqlanır. Həmçinin genetik meyillilik yağ hüceyrələrinin nə qədər böyüyə biləcəyini müəyyənləşdirir. Alim izah edib ki, artıq çəkili insanların beyni arıqlamağa müqavimət göstərir və itirilən çəkini qaytarmaq üçün hər şeyi edir.

“Anlayın ki, siz çox ciddi cəhd göstərmədiyiniz üçün deyil, bu, asan olmadığı üçün arıqlaya bilmirsiniz”, – mütəxəssis qeyd edib. Onun fikrincə, yaxşı formalara sahib olmağın ən etibarlı yolu hər şeydən dadmaqdır, lakin daha az miqdarda. Eyni zamanda o, insanları yeməyi sevməyə davam etməyə, onu zərərli və faydalı qruplara bölməməyə çağırıb.

Yeo həmçinin porsiyanı azaltmağa kömək edəcək bir hiylə təklif edib: lifli və zülallı qidaları daha tez-tez yeyin, çünki onlar sizə uzunmüddətli toxluq hissi verir. Bundan əlavə, o, kalorilərin sayına deyil, qida maddələrinin tərkibinə daha çox diqqət yetirməyi tövsiyə edib.


Abunəlik