Nəqliyyat mütəxəssisi Rəşad Alızadə ictimai nəqliyyatın tələbələrə pulsuz olmasını təklif edir. 

Baxılıb:323
Nəqliyyat mütəxəssisi Rəşad Alızadə ictimai nəqliyyatın tələbələrə pulsuz olmasını təklif edir. 

Nəqliyyat sahəsində yeni təkliflər verən  mütəxəssis Rəşad Alızadə ictimai nəqliyyatın tələbələrə pulsuz olmasını təklif edir. Öz fikirlərini AzTimes.az-la bölüşən R.Alizadə deyir ki, bu yeniliklər tətbiq olunarsa, ölkə büdcəsi də qazanar, vətəndaş da.

Nəqliyyat.

1.“Bakı Kart”-a ADY də (sürət qatarı Biləcər-Xırdalan-Sumqayı) qoşulmalıdır.

2. Ali və orta  məktəblərdə oxuyan hər bir Azərbaycan vətəndaşına “Tələbə Kartı” yaradılmalı  və aylıq ən azı 60% pulsuz gediş imkanı verilməlidir.

 3. Parking kartları yaradılmalı.

3.1 Dövlət orqanlarına (Nazirlik,Komitə,Agentlik və s.) məxsus (ANV) avtomobillərin ödənişsiz parkingi üçün parklama kartı.

3.2 Özəl şirkətlərə məxsus (ANV) avtomobillərə müəyyən fiks məbləğ müqabilində aylıq və illik parking kartları verilməli.

3.3 Klassik Parking Kartları da yaradılmalı və hər bir sürücü parkladığı avtomobilinə nağdsız bu şəkildə ödəniş etməlidir.

4.Yeraltı parkinglərin qiymətini yerüstü parkinglərlə eyniləşdirmək lazımdır.

5.Qanunla tənzimləyə bilərik.Yeni tikilmiş yaşayış binalarını və obyektlərin parkingi olmadan istifadəsinə icazə verilməməlidir.

6.Beynəlxalq avtovağzalın internet səfəsindən alınmış online biletlər səfərdən 30 dəqiqə qabaq kassada rəsmiləşdirilməsi prosesi ləğv edilməlidir (bilet online alındıqda şəxsiyyet təsdiq edən sənəd və ödəniş olunur).

7. Şəhərlər arası sərnişin daşınmasında avtobus sürücləri və dispeçerlərin bilet satışına tam qadağa qoyulmalıdır (bayram və xüsusi günlərdə süni bilet qiymətlərinin artırılmasının qarşısın almaq məqsədi ilə).

8. Bakı şəhərinin meqapolis olmasını nəzərə alaraq şəhərin 20 Yanvar  və Koroğlu metrostansiyası ətrafında meqapolis boyu sərnişinin birini 1Azn-dən mənzil başına çatdıran taksilər leqallaşdırılmalı və xüsusi növbə siyahısı ilə hərəkəti təmin edilməlidir.  (Bu halda Metro stansialar qarşısında yüksək səslə gedəcəkləri məkanı qışqıran adamları görməyəcəyik).

9. Rayon və şəhərlər arası taksi xidmeti yaradılmalı və qara bazarın təmizlənməsi üçün aidyati qurumlara sərt cəzalar  tətbiq edilməlidir. Yuxarlda göstərilən hallar  ölkə büccəsinə öz tövhəsini verəcək, sizin sağlam, təhlükəsiz və rahat mənzil başna çatmanızı və nəqliyyatda failəsiz və maniyyəsiz hərəkətinizi təmin edəcək


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir