Pənah Hüseyndən hücumla bağlı açıqlama: “İçki içmirəm…”

Baxılıb:241
Pənah Hüseyndən hücumla bağlı açıqlama: “İçki içmirəm…”

“Başqa şəraitdə olsaydı, buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. Ancaq arada burdan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, iki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi… Gecə saat 11 civarında iki nəfərlə səs-səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli içki içmirəm, üstəlik Ramazandır bu gün də Ramazan Bayramıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
“Qadın Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir və keçir “siyasətə”… Elə ifadələr işlədir ki, təhrik edir sən də cavab verəsən. İstər-istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı və mənim 102- yə müraciətimin də səbəbi bu olub. Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək “İşimizə davam edirik” deyirəm. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. “İnsident”i isə aydınlaşdırarıq” – P.Hüseyn bildirib.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir