İran əhalisi yeni prezidentin “möcüzəvi dəyişikliklər” gətirəcəyinə ümid edirlər

Baxılıb:164
İran əhalisi yeni prezidentin “möcüzəvi dəyişikliklər” gətirəcəyinə ümid edirlər

21-ci əsrin rəngarəng dünyasında, insanlar hələ də sehrli nağıllara inandıqları kimi, siyasətçilərin də “möcüzəvi dəyişikliklər” gətirəcəyinə ümid edirlər. Elə bil ki, bu siyasətçilər, sehrbaz deyillər, əslində sadəcə yaxşı maskalanmış kuklalar təmsil olunur.Bir tərəfdən, ölkə liderləri çiçəklərin arxasında gizlənən bağban kimidir: xalqa gülümsəyir, əlində suvarma qabı, ancaq içində su yox, gülünc boşluq var. İranda yeni prezidentin seçilməsi ilə insanlar sanki yuxudan oyanıb, bu bağbanın hər şeyi həqiqətən suvaracağına inanıblar. Onlar ümid edirlər ki, yeni prezidentin sehrli əlində hər şey gözəl çiçəklərə çevriləcək.Halbuki, bu kukla-islahatçılar, əllərində yalançı süpürgələrlə yeri süpürən aktyorlara bənzəyir. Hər kəs onların səhnədə necə bacarıqlı olduqlarına alqışlayır, ancaq əslində zibil sadəcə səhnənin kənarına atılır. “Yeni dönəm” dedikdə isə, insanlar gözləyirlər ki, bu aktyorlar həqiqətən də zibili təmizləsinlər, lakin gerçəklikdə sadəcə yer dəyişən bir dekorasiya ilə qarşı-qarşıyayıq.Prezident isə, seçildiyi ilk günlərdə, “Əziz xalqım, mənimlə hər şey yaxşı olacaq!” deyə qışqırır. İnsanlar isə, onun ardınca, qollarını açıb, gözlərini yumub, “Nəhayət ki, bizə günəş doğdu!” deyə ümidlərini səsləndirirlər. Ancaq bu “günəş” sadəcə bir proyektordur, bir növ xüsusi effekt. Yəni, əsl günəş hələ də buludların arxasında gizlənib.Beləcə, dünya böyük bir teatr səhnəsinə çevrilib, biz isə bu səhnədə gülünc aktyorların rol aldığı komediya tamaşasında çarəsiz və avam tamaşaçılarıq. Hər yeni prezident, hər yeni islahat, hər yeni ümid sadəcə bu tamaşanın yeni səhnəsidir. Biz isə, tamaşaçılar olaraq, bir anlıq möcüzəyə inanırıq, ancaq səhnə arxasında gerçəkliyin nə qədər gülünc olduğunu görməkdən çəkinirik.21-ci əsr, möcüzə və ümid teatrıdır. Və biz hələ də biletimizi alıb, bu tamaşanı izləməyə davam edirik.

Ramil Qafarov AzTimes.az


Abunəlik