Doğum evinə silahlı hücum
Əfqanıstanın paytaxtı Kabil şəhərində polis forması geyinmiş şəxslər doğum evinə hücum ediblər.
Sondakika.com xəbər verir ki, üç nəfərin silahlı hücumu nəticəsində 24 insan həyatını itirib.
18 körpənın anasız qaldığı, iki ananın doğuş zamanı hücuma məruz qalaraq öldürüldüyü bildirilir.
Bir ana isə övladını qorumaq üçün uşağın olduğu küvəzi qucaqladığı zaman öldürülüb. Körpə xəsarət almayıb.
Ölənlərin çoxu dünyaya yeni uşaq gətirmiş analardır. Həyatını itirənlər arasında hamilə qadınlar, iki körpə, tibb bacıları, doğuş həkimləri və polis əməkdaşları var.
Qeyd olunur ki, xəstəxananın yerləşdiyi məhəllədə şiə məzhəbli əhali yaşayır. Bəzi insan haqları təşkilatlarının müharibə səhvi adlandırdığı hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib.
“Taliban” hücum faktı ilə əlaqəsinin olmadığını açıqlayıb.
AzTimes.az