Yevlax karantinə alınıb?

Baxılıb:100
Yevlax karantinə alınıb?

Yevlax şəhərinin girişində postların qurulması ilə bağlı postlar qurulması barədə redaksiyamıza məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlanıldıqda onlar məsələnin Operativ qərargahdan aydınlaşdırmağımızı məsləhət bildilər. İbrahim Məmmədov isə Azad media nümayəndələrinin zənglərinə cavab vermir.
Adamdan dəfələrlə açıqlama almaq üçün nə qədər zəng etmişiksə dəstəyi götürməyib, watsApp-da yazılan mesajı oxuyub cavab yazmır.
Jurnalist rəsmi mənbədən məlumat ala bilmədikdə qeyri-rəsmi mənbəyə üz tutur, belə olan halda da dezinformasiya yayılır.
Sonra da deyirlər ki, media cəmiyyətə doğru xəbər vermir. Bunun günahını media nümayəndələrində yox, mətbuat xidmətinə rəhbər təyin olunmuş haradan gəldiyini unudaraq qalstuk, kostyuma sığmayanlarda axtarmaq gərəkdir.
Sırf bu baxımdan da bizlər Yevlax sakinlərinin verdiyi məlumatla kifayətlənirik. Ərazidə olan əməkdaşlarımızın məlumatına gorə bağlanılan zonada temir -bərpa işləri aparıldıgı uçün ərazi polis tərəfindən nəzarətə alınıb.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir