Ayrılan yardım məmurun zirzəmisindən çıxdı?- FOTO
Koronavirusun yayılması ilə əlaqədər xüsusi karantin rejiminə görə ölkə başçısı İlham Əliyevin imkansız vətəndaşların nəzarətdə saxlanması haqqında tapşırığına əsasən icra hakimiyyətləri imkansız ailələrə ərzaq yardımı həyata keçiriblər. Əfsuslar olsun ki, sosial şəbəkədə
İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əhmədov Məhərrəm aztəminatlı ailələrə ayrılan qida yardımlarına tamah salaraq mənimsəməsi və həmin yardımların onun evin zirzəmisindən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən askar edilməsi barədə yazılar yazılmışdı .
AzTimes.az xəbər verir ki, Əvəz Hafizli Məhərrəm Əhmədovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. Məhərrəm Əhmədov bildirib ki, belə hal baş verməyib və bu bir növ onun işnə hazırlanmış kanpanyadır. O, qeyd edib ki, yardımı biz yox, “Azərpoçt”un İsmayıllı rayon şöbəsi paylanılır. “Mənim bu yardımla heç bir əlaqəm olmadığı halda mənim haqqımda qərəzli yazı yazan insanlar və onlara bu yazının sifarişini verən şəxs və ya şəxslər qanun qarşısında cavab verəcək”
Təbii ki, bu Məhərrəm bəyin fikirləridir. Lakin sakinlər arasinda aparılan araşdırma tamam başqa şeylər deyir. Umidvarıq ki, bu məsələ ilə aidiyyatlı orqanlar məşgul olub bir nəticəyə gələcək.
Xatırladaq ki, M. Əhmədov 35 illik xidmətinə görə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev Tərəfindən tərəqqi medalı ilə təltif olunmuşdu. Həmişə də belə insanlar prezidentin onlara etdiyi etimaddan sui istifadə edir.
Avaz HAFİZLİ/AzTimes.az/