Ucarda bir neçə ev suya qərq olub,məsələ ilə maraqlanansa yoxdur-VİDEO
Aran bölgəsinə yağan güclü yağış fəsadsız ötüşməyib. AzTimes.az-ın yerli bürosunun xəbərinə görə ötən günlərdə yağan aramsız yağış Ucar rayonunun Məhəmməd ƏminRəsulzadə küçəsində bir neçə evin zirzəmisini və həyətini su basması ilə nəticələnib. Sakinlər hər dəfə yağış və qar yağdıqdan sonra analoji vəziyyətlə üzləşdiyini deyilər. Yaranmış problemlərlə əlaqədər olaraq rayonun aidiyyəti qurumlarına məlumat verilsə də bu günə kimi heç bir tədbir görülməyib. Ucar şəhəri inzibati ərazi dairəsi üzürə icra nümayəndəsi Abdulla İbrahimov AzTimes.az-a açıqlamasında deyib ki problemin yaranmasına əsas səbəb 1956-cı ildə istismara verilmiş kanalzasiya boruların lillə dolması və boruların köhnəlib sıradan çıxmasıdır Məsələ ilə əlaqədar olaraq rayon rəhbərliyinə və müvafiq qurumlarına məlumat verilib. Yaxın günlərdə borular yeniləri ilə əvəz olunacaq və problem köklü şəkildə həll olunacaq.