Yeni pandemiyaya bu viruslar səbəb ola bilər – ARAŞDIRMA

Baxılıb:102
Yeni pandemiyaya bu viruslar səbəb ola bilər – ARAŞDIRMA

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.

Bu barədə “The Guardian” beynəlxalq araşdırmanın nəticələrinə istinadla yazır.

Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştammına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “Virus X”in bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

“Qrip hər qış görünür. Bu epidemiyaları kiçik pandemiyalar adlandırmaq olar. Onlara daha çox və ya daha az nəzarət edilir, çünki onlara səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq”, – Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsia bildirib.

Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi “Sars-CoV-2″nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.

Bundan əvvəl amerikalı həkimlər ilk dəfə olaraq maralları bir növ zombiyə çevirən prion xəstəliyi olan xroniki arıqlama xəstəliyinin (CWD) qurbanı olduqları güman edilən iki nəfəri müəyyən ediblər. Söhbət ov əti yeyən iki ovçudan gedir. Onları xilas etmək mümkün olmayıb.


Abunəlik