DİQQƏT: Bu şəxslər min manat cərimələnəcək

Baxılıb:161
DİQQƏT: Bu şəxslər min manat cərimələnəcək

Dövlət dili normalarını pozanların cərimələnməsi təklif olunub.

AzTimes.az xəbər verir ki, bu, Parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinin 533-1 maddəsində əksini tapıb. Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./konkret


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir