Ermənilər mövqelərimizi yenidən atəşə tutdu
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.