Məktəblərdə araşdırma: Bu uşaqlar daha ağıllı olur
Yumor qabiliyyəti yüksək olan uşaqlar daha ağıllıdır.
Bu barədə Anadolu Universiteti Xüsusi Təhsil fakültəsinin müəllimlərinin apardığı araşdırmada məlum olub.
Araşdırma Türkiyədə 217 orta məktəb şagirdi arasında aparılıb.
Şagirdlərdən 10 cizgi filmi üçün komik ad yazmaq tələb olunub. Yumor hissi yüksək olan 68 uşaqda nəticə daha maraqlı alınıb.
Məlum olub ki, yumor qabiliyyətinə sahib olan uşaqlar digərlərinə nisbətən daha ağıllı, tez öyrənən və hazırcavabdırlar.